Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr (yalnız 2-ci və 3-cü kurs) tələbələri “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrində təqaüdlə təhsil ala bilərlər.
Mobillik aşağıda qeyd olunan sahələri əhatə edir:
· Kompüter mühəndisliyi
· Elektrik mühəndisliyi
· Mexanika mühəndisliyi
· Metallurgiya mühəndisliyi
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application form)
· Transkript – minimum ÜOMG 75 (seçim zamanı ən yüksək orta balı olanlar üstünlük əldə edir)
· İngilis dili biliyi – minimum B2 səviyyədə (seçim zamanı sertifikatı olanlara üstünlük əldə edir)
“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 17.12.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48