2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyənin Ankara Universitetində 1 semestr təhsil almaq istəyən bakalavr tələbələri “Erasmus+ KA171” mobillik proqramı çərçivəsində keçiriləcək müsabiqədə iştirak edə bilərlər.
İxtisaslar:
· Kompüter mühəndisliyi (ingilis dilində tədris)
· Elektrik və elektronika mühəndisliyi (ingilis dilində tədris)
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application Form)
· Transkript – minimum ÜOMG 75
· İngilis dili biliyi (minimum B2 səviyyəsi)
· Motivasiya məktubu (ingilis dilində)
“Erasmus+” mobillik proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri 15 sentyabr tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: AzTU, Əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
Əlaqə: [email protected]