profile

Haqqımızda


V.İ. Baxşəliyev 1959-cu ildə Xankəndində anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: prof. N.B. Qədirov) və 2007-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. 

O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən indiyədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir.

O, Nəzəri və tətbiqi mexanika, Maşın dinamikası, Tribologiya və Təhsil sahələrində ölkə daxilində və xaricdə 200-dək elmi məqalə və konfrans məruzələri, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirmişdir. Maşın və mexanizmlərin möhkəmliyi və etibarlığı sahəsində ciddi elmi nəticələrin, həmçinin Nəzəri mexanikadan paralel qüvvələr sisteminin mərkəzinin (cismin ağırlıq mərkəzinin) tapılmasına aid bir neçə teoremin və Tribologiya üzrə hipotezlərin müəllifidir.

Onun 3 monoqrafiyası xaricdə - nüfuzlu nəşriyyatlarda (LAP Lambert Academic Publishing (Almaniya), Beynəlxalq Springer Publisher) nəşr edilmişdir: 

http://www.amazon.com/Mekhanika-Porshnevykh-Mashin-kontseptsii-Russian/dp/3843321124/ref=sr_1_fkmr0_1?ie=UTF8&qid=1448951130&sr=8-1-fkmr0&keywords=valeh+bakhshaliev

http://www.springer.com/gp/book/9789811003226

Theoretical and Applied Mechanics

Mechanics of Piston Machines

Onun elmi işlərinə Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Çexiya, Rumıniya, Serbiya və s. ölkələrdə dissertasiya və məqalələrdə istinadlar olunmuşdur: 

O, Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın “Problems of Mechanics” (Journal of IFToMM - International Federation for the Promotion of Mechanism and Machine Science) və American Journal of Mechanical and Industrial Engineering (ABŞ) beynəlxalq elmi jurnallarının redaksiya heyətinin, həmçinin “Texnika” (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür:

 http://www.pam.edu.ge/infoen.pdf

http://www.sciencepublishinggroup.com/journal/index?journalid=248

http://www.sciencepublishinggroup.com/journal/editorialboard?journalid=248

http://journals.sagepub.com/doi/abs/10.1177/0954406216651188?journalCode=picb

Bir neçə xarici elmi jurnalların (Journal of Nanoengineering and Nanosystems, USA; Journal of Mechanical Engineering Science (impact factor: 0,730), UK və s.) rəyçisi (reviewer), beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü olmuşdur: 

Akademik mübadilə çərçivəsində Prof. İhsan Doğramacının dəvəti ilə Türkiyənin Bilkənt Universitetində (03.07.1995-11.09.1995), DAAD (Alman Akademik Mübadilə Xidməti) xətti ilə Prof. Dr. Richard Markertin dəvəti ilə Almaniyanın Darmştadt Texniki Universitetində (15.10.2006-15.12.2006) və Prof. Dr. Wolfgang Seemann-ın dəvəti ilə Karlsruhe Universitetində (01.10.2009-30.11.2009), həmçinin Avropa Birliyinin Proqramları çərçivəsində dəfələrlə Avropa ölkələrində və ABŞ-da elmi ezamiyyətlərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il üçün 1-ci qrant müsabiqəsinin fizika-riyaziyyat və texnika elmləri üzrə qalib layihənin (EİF-2011-1(3)) elmi rəhbəri olmuş və fond tərəfindən onun “Mexanikadan izahlı lüğət (terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis, alman dillərində)” adlı kitabı nəşr olunmuş və yayılmışdır.

O, Avropa Birliyinin INTAS Proqramının (2006) qrant müsabiqəsində iştirak etmişdir. Daha sonra Avropa Birliyinin 7-ci Cərcivə Proqramı (BS-ERA.NET Pilot Joint Call 2010/2011) hüdudlarında qalib gəlmiş Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) olmuşdur: 

http://www.bs-era.net (See all news ...).

http://sdf.gov.az/az/generic/menu/Detail/116/menu/grant/1

http://sdf.gov.az/development/uploads/beynelxalq_qrant/eif_era-net_neticeler_parollu.pdf

“Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi” (Reliability and durability of machines and mechanisms used for oil and gas transportation in Black Sea Region) adlı Avropa Birliyinin Qafqaz ölkələri üzrə yeganə qalib layihənin (2012-2015) rəhbəri olmuşdur: 

http://science.gov.az/news/open/2503

http://azertag.az/xeber/Azerbaycan_elmi_Avropa_mekaninda-198585?device=Desktop 

Hazırda o, Avropa Birliyinin HORİZON 2020 Tədqiqat və İnnovasiya Proqramının "Smart nəqliyyat" elmi istiqaməti üzrə milli koordinatorudur (NCP-National Contact Point):

HORIZON2020_NCP 

NCP

O, 4 aprel 2017-ci il tarixində Kembric Universitetində (İngiltərə) keçirilən Avropa Birliyinin Horizon 2020 Proqramı üzrə prioritet istiqamərlərdən biri olan "Nanotexnologiyalar və mütərəqqi materiallar" (Nanotechnilogies and Advanced Materials) mövzusuna həsr olunmuş beynəlxalq konfransda (HORİZON2020 Brokerage Event) iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. Onun Kembricə ezamiyyətinin maliyyə xərcləri BSHorizon2020 Proqramı (EİF bu proqramın koordinatorudur) tərəfindən ödənilmişdir. Konfrans haqqında geniş məlumata aşağıdakı linkdə tanış olmaq olar: 

https://www.b2match.eu/h2020nmp2017 

ABŞ Dövlət Departamentinin dəvəti ilə INTERNATIONAL VISITOR LEADERSHIP PROGRAM (İVLP) proqramı çərçivəsində o, 29 aprel - 11 may 2017-ci il tarixində ABŞ-ın New York, Nyu Cersi, Miçiqan və Texas ştatlarının aparıcı universitetləri ilə tanışlıq proqramında iştirak etmişdir. 

O, 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Ekspert Şurasının üzvü olmuşdur. AzTU-nun Nəqliyyat fakültəsinin Elmi Şurasının və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Beynəlxalq elmi fəaliyyəti nəzərə alınaraq o, Kembric Universitetinin təsis etdiyi 2011-ci il üçün "Elmi nailiyyətlərə görə Beynəlxalq Eynşteyn Mükafatı"na (The International Einstein Award for Scientific Achievement) və "2011-ci il üçün 100 ən yaxşı mühəndis"(Top 100 Engineers 2011) diplomuna layiq görülmüşdür.

Onun qısa elmi-pedaqoji tərcümeyi-halı Beynəlxalq Kim-Kimdir Ensiklopediyasına (Who is Who in the World, New York, 2012, p.144) və Azərbaycan Milli Ensiklopediyasına (2011, 3-cü cild, səh.49) daxil edilmişdir.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müəyyən xidmətləri vardır.Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlara və magistrlərə elmi rəhbərlik edir. 2011-ci ildə Xəzər Universitetinin 20 illilk yubileyi münasibətilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uğurlu elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. 

Hazırda AzTU-nun "Mexanika" kafedrasının müdiridir.

Evlidir, bir övladı var. 

Əlaqə e-mailləri: v.bakhshali@aztu.edu.az, v_bakhshaliev@mail.ru

v.bakhshali@daad-alumni.de