Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Fakultə haqqında

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi Texnika və Texnologiya Fakültəsi (XTTF) Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009 – 2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı”nın ali təhsildə kadr hazırlığı istiqamətinin, Təhsil Haqqında Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Azərbaycan Respublikası müdafiə kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” 07.06.2011-ci il tarixli 91 nömrəli qərarı, Azərbaycan Respublikası Təhsil Nazirinin 06.07.2011-ci il 1227 nömrəli əmri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsi, Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq yaradılmışdır. Fakültənin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etməkdir. Tədris prosesi Fakültənin qruplarına AzTU-nun ən yaxşı professor və müəllimləri dərs deyir. Tədrisdə müvəffəqiyyətlər əldə edən tələbələrə xüsusi qayğı göstərilir. Tələbələrin tədrisə marağını artırmaq üçün dekanlıq xüsusi stimullaşdırıcı tədbirlər keçirir, layihələr hazırlayır. Fakültənin nümunəvi tələbələrinin xarici ölkələrin universitetlərinə təcrübə keçməsi üçün əlaqələr yaradılmaqdadır..

Fotoqalereya