z Azərbaycan Texniki Universiteti
Close Log-in

Log In

Azerbaijan Technical University Faculty


Beynəlxalq akkreditasiya və reytinq

HOME Beynəlxalq akkreditasiya və reytinq Beynəlxalq akkreditasiya və reytinq

Beynəlxalq Akkreditasiya və kefiyyət

Universitetlərin Beynəlxalq reytinqinin formalaşmasında beynəlxalq akkreditasiyadan keçmiş ixtisasların olması vacib əhəmiyyət kəsb edir. AzTU bu istiqamətdə ardıcıl olaraq bir sıra işlər yerinə yetirir.

2012-2015 – ci illərdə Azərbaycan Texniki Universiteti, Almaniyanın Köln Tətbiqi Elmlər və digər Universitetləri ilə birgə 516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR: „Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması“ TEMPUS layihəsini yerinə yetirilmişdir. Azərbaycan Respublikasının ali təhsil müəsisələri bu layihə əsasında ilk dəfə olaraq müstəqil Avropa akredetasiya təşkilatı olan ASİİN (Almaniya Federativ Respublikası) tərəfindən 10 ixtisasın:

AzTU
Bakalavr təhsili:

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası)
  • Elektroenergetika mühəndisliyi

Magistr təhsili:

  • Proseslərin avtomatlaşdırılması;
  • Elektroenergetika;

ADNA
Bakalavr təhsili:

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası)
  • Elektroenergetika mühəndisliyi;

Magistr təhsili:

  • Neft sənayesi enerji menecmenti

SDU
Bakalavr təhsili:

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası)
  • Elektroenergetika mühəndisliyi;

Magistr təhsili:

  • Kimya sənayesi enerji menecmenti.

tam akredetasiyasını almağa müvəffəq olmuşlar.