profile

Haqqımızda


texnika elmləri namizədi, dosent

Həmidov Mirhəmid Mirheydər oğlu

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mexanikləşdirmə fakültəsini, Azərbaycan Dövlət İdarəetmə Akademiyasının, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatı Mexanikləşdirmə və Elektrikləşdirmə İnstitutunun aspiranturasını bitirmişdir.

Azərbaycan KP MK-sının məsul işçisi olmuşdur. Dəvəçi rayon partiya komitəsinin ikinci katibi, Rayon İcariyə Komitəsinin sədri, Sabirabad rayon partiya komitəsinin birinci katibi, Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. O, Azərbaycanda demokratik hakimiyyətin qurulmasında fəal iştirak etmiş, yeni demokratik hakimiyyətin qanunlarının müstəqillik aktlarının yeni Konstitusiyasının işlənib hazırlanmasında və qəbul olunmasında Milli Məclisin deputatı kimi fəallıq göstərmişdir. O, Azərbaycan Respublikasının Milli Məclisinin "Aqrar məsələləri" daimi komissiyasının üzvü olmuşdur.

1995-ci ildən AzTU-da "Maşınqayırma texnologiyası" kafedrasında, 2000-ci ildən isə "Daxili yanma mühərrikləri və avtotraktorlar" kafedrasında dosent vəzifəsində işləyir. Eyni zamanda Milli Aviasiya Akademiyasının "Nəqliyyat və materialşünaslıq" kafedrasının dosentidir.
5 dərslik, 1 monoqrafiya və 50-ə yaxın elmi məqalənin, o cümlədən, bir neçə metodik vəsaitlərin və dərs proqramlarının müəllifidir.
Elmi tövsiyyələri və iki ixtirası Dəvəçi, Siyəzən, Quba və Xaçmaz rayonlarında bağçılıq və tərəvəzçilik, Sabirabad və Saatlı rayonlarının pambıqçılıq təsərrüfatlarında geniş tətbiq edilmişdir.

.