Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Qəbul qaydaları

HOME Qəbul qaydaları Qəbul qaydaları

Azərbaycan Texniki Universitetində təhsil almaq arzusunda olan əcnəbi vətəndaş aşağıda göstərilən sənədləri bu elektron ünvana göndərməlidir :
international@aztu.edu.az

  1. Elektron ərizə
  2. Pasportun surəti
  3. Təhsil sertifikatı
  4. 3.1. Bakalavriat: orta təhsil haqqında şəhadətnamə
    3.2. Magistratura: bakalavr diplomu
    3.3. Doktorantura: bakalavr və magistr diplomu

Azərbaycan Texniki Universitetində əcnəbi tələbələr bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris olunan bütün ixtisaslar üzrə azərbaycan və rus dillərində təhsil alırlar. Onlar Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak etmədən Azərbaycan Texniki Universitetinə müraciət edə bilərlər. Tədris dili biliklərinə malik olan əcnəbi tələbə Universitet daxilindəki İmtahan Komissiyasından uğurla keçdiyi halda, müvafiq təhsil səviyyəsi üzrə təhsil almaq hüququ qazanır. Tədris dili biliklərinə malik olmayan əcnəbi tələbələr isə Azərbaycan Texniki Universitetində təhsil almaq üçün 1 illik hazırlıq kursu keçməlidirlər. Hazırlıq kursunun sonunda imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bundan sonra əcnəbi tələbələr Azərbaycan Texniki Universitetində və ya Azərbaycan Respiblikasının digər ali təhsil müəssisələrində müvafiq səviyyə üzrə təhsil ala bilərlər. Elektron müraciət forması və sənədlər təqdim edildikdən sonra 30 gün müddətində qəbul olub-olunmaması haqqında məlumat elektron məktub vasitəsilə bildirilir. Əcnəbi vətəndaşlar ödənişli əsaslarla və dövlət hesabına təhsil alırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2018-ci il tarixli 107 nömrəli qərarı ilə “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” təsdiq edilmişdir (www.e-qanun.az) . Bu proqram çərçivəsində Azərbaycan Texniki Universitetində San-Tome və Prinsipi Demokratik Respublikasından olan bir nəfər tələbə “Kompüter elmləri” ixtisasında təhsilini davam etdirmək üçün hal-hazırda hazırlıq kursunda oxuyur.

Təhsil səviyyəsi Təhsil forması Təhsil müddəti (il) 1 illik təhsil haqqı
Hazırlıq kursu əyani 1 600$
Bakalavriat əyani
qiyabi
4
5
1200$
1000$
Magistratura əyani 2 1200$
Doktorantura əyani
qiyabi
4
5
2000$
1500$


Təhsil səviyyələri üzrə tələb olunan sənədlərin siyahısı

Bakalavriat:

  1. Orta təhsil haqqında şəhadətnamənin (attestatın) azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiq olunmuş surəti
  2. Ümumi sağlamlıq, eləcə də QİÇS, Hepatit B və C,Siflis viruslarının daşıyıcısı olmamağınıza dair arayış .
  3. Beynəlxalq pasport (fotoşəkil olan səhifə). Pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən azı 1 il olmalıdır.
  4. 3x4sm ölçüdə 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)

Magistratura:

  1. Təhsil haqqında sənədin (bakalavr diplomu və diploma əlavə) azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiq olunmuş surəti
  2. Ümumi sağlamlıq, eləcə də QİÇS, Hepatit B və C,Siflis viruslarının daşıyıcısı olmamağınıza dair arayış .
  3. Beynəlxalq pasport (fotoşəkil olan səhifə). Pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən azı 1 il olmalıdır.
  4. 3x4sm ölçüdə 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)

Doktorantura:

  1. Təhsil haqqında sənədin (bakalavr və magistr diplomu və diploma əlavələr) azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiq olunmuş surəti
  2. Ümumi sağlamlıq, eləcə də QİÇS, Hepatit B və C,Siflis viruslarının daşıyıcısı olmamağınıza dair arayış .
  3. Beynəlxalq pasport (fotoşəkil olan səhifə). Pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən azı 1 il olmalıdır.
  4. 3x4sm ölçüdə 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)



Viza



  1. Azərbaycana təhsil məqsədi ilə gələn əcnəbi vətəndaşlar (vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin vətəndaşları istisna olmaqla (http://mfa.gov.az/content/189#) Azərbaycanın müvafiq ölkədə akkreditə olunmuş səfirliyindən viza almalıdırlar. Tədrisdə gecikmələrə yol verməmək üçün viza üçün ən qısa zamanda müraciət etməyinizi tövsiyə edirik. Əgər yaşadığınız ölkədə Azərbaycanın müvafiq səfirliyi fəaliyyət göstərmirsə, viza rəsmiləşdirilməsi üçün tələb olunan dəvət məktubu AzTU tərəfindən sizə təqdim olunacaqdır. Viza rəsmiləşdirilməsi prosedurları və tələb olunan sənədlərin siyahısını əldə etmək üçün Azərbaycanın ölkənizdə akkreditə olunmuş səfirliyinə müraciət etməlisiniz.
  2. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
  3. Əcnəbi tələbələr 3 aylıq etibarlılıq müddəti olan təhsil vizası almalıdırlar. Azərbaycana gəldikdən sonra siz 15 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlisiniz.
    Ətraflı məlumat üçün:
    ( https://www.migration.gov.az/home/booklet_content/608 )
    Vizanızın etibarlılıq müddətinin bitməsinə ən azı 1 ay qalmış siz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək bir illik müvəqqəti yaşayış icazəsi almalısınız. Bu icazə AzTU-da uğurla təhsil aldığınız müddətdə hər növbəti il bir il olmaqla uzadılacaqdır. Müvəqqəti yaşayış icazəsi sizə onun etibarlılıq müddəti ərzində Azərbaycandan çıxış və Azərbaycana vizasız giriş imkanı yaradır. Bu istiqamətdə sizə hərtərəfli köməklik göstəriləcəkdir.
    Əlavə məlumat üçün :
    https://www.migration.gov.az/



Azərbaycan Respubikasının
ərazisində müvəqqəti
yaşamaq üçün
icazə vəsiqəsi



Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respubikasında olduğu yer üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlər:

  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti - 2 ədəd;
  • Vizanın surəti - 2 ədəd;
  • Şəkil 3x4sm - 2 ədəd;
  • Tibbi arayış ;
  • Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədləri