Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Haqqımızda

HOME Haqqımızda Haqqımızda

Azərbaycan Texniki Universitetində xarici vətəndaşların təhsilinin təşkili və həyata keçirilməsi məqsədilə 1978-ci ildə “Xarici vətəndaşların təhsili” dekanlığı yaradılmışdır. Bu günə qədər 40-a qədər ölkə üçün istehsalatın müxtəlif sahələrində çalışmaq məqsədilə əcnəbi mühəndislər hazırlanmışdır. “Xarici vətəndaşların təhsili” dekanlığı 26 aprel 2018-ci il tarixdən etibarən Azərbaycan Texniki Universitetinin Elmi Şurasında yaradılmış “Beynəlxalq əlaqələr depatamentinin” nəzdində “Əcnəbi tələbələrin təhsili” şöbəsi kimi fəaliyyətini davam etdirir. (http://aztu.edu.az/azp/international_rel/az/banner_menu/esasname.jsp)

Azərbaycan Texniki Universitetində hal-hazırda Türkiyə, Gürcüstan,Türkmənistan, Nepal, Nigeriya, Pakistan, İraq, İran, Çin, Hindistan, Şri-Lanka, Əfqanıstan, Suriya, Rusiya, Qana, Ukrayna, İsrail, Qırğızıstan, Qazaxıstan, San-Tome və Prinsipi, Almaniya, Banqladeş və s. ölkələrin vətəndaşları təhsil alırlar.