Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

  • Maşınşünaslıq

  • Maşınşünaslıq

  • Maşınşünaslıq

  • Maşınşünaslıq

  • Maşınşünaslıq

Onlayn kitabxanalar








Xoş Gəldiniz!

Maşınşünaslıq – maşın haqqında elmdir; maşın və mexanizmlərin, konstruksiyaların nəzəri əsaslarını, onların elementlərin etibarlılığını, möhkəmliyə, yeyilməyə, sərtliyə, istiliyə, titrəməyə və digər çoxsaylı meyarlara görə hesablanmasını; konstruksiyaedilməsini (dizaynını), onların materiallarının seçilməsini, istehsal, təmir və bərpasını öyrənən bir elmi istiqamətdir. Dünyanın bir çox ölkələrinin universitetlərində bu adda institutlar, kafedralar, elmi jurnallar fəaliyyət göstərir.
“Mexanika-maşınqayırma” jurnalı da bu zərurətdən “Maşınşünaslıq” adını aldı. Respublikamızda “maşınşünaslıq” istiqamətinin müxtəlif sahələri üzrə hər il yüzlərlə elmi məqalələr yazılır. Mövcud elmi jurnallar müəyyən ixtisaslar üzrə formalaşdığından, “maşınşınaslıq” mövzusunda yazılmış məqalələr bir elmi jurnalda nəşr edilib, geniş yayılmırdı. Artıq belə bir jurnalın funksiyasını “Maşınşünaslıq” jurnalı öz üzərinə götürür.
Jurnalın redaksiya heyəti bu sahədə fəaliyyət göstərən bütün alimləri, elmi tədqiqatçıları, doktorantları sıx əməkdaşlığa dəvət edir. Hər bir jurnalın nüfuzu ilk növbədə onun dövrülüyündən, dərc edilən məqalələrin elmi səviyyəsindən, dəyərindən asılıdır. Ümidvarıq ki, hörmətli yazarlarla və oxucularla birlikdə, sərf etdiyimiz gərgin əməyin sahəsində “Maşınşünaslıq” jurnalı yaxın gələcəkdə dünyanın nüvuzlu jurnalları sırasına daxil ediləcəkdir.