Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Tələblər

HOME Tələblər Tələblər

MƏQALƏLƏRİN TƏRTİBİ QAYDALARI

Ümumi tələblər.

“Maşınşünaslıq” jurnalına əvvəllər nəşr edilməmiş, yığcam və dəqiq redaktə edilmiş, mövzusu və məzmunu aşağıdakı bölmələrə uyğun olan elmi məqalələr qəbul edilir.

Bölmələr.

Maşınların layihələndirilməsi; Materialşünaslıq; Mexanika; Maşınqayırma texnologiyası; İqtisadiyyat və menecment; Avtomatika və İKT; Texniki informasiya.

Məqaləyə əlavə edilən sənədlər:

Müvafiq müəssisənin (kafedra və s.) rəyi; Dərc olunma haqqında ekspert rəyi; Müşayiət məktubu; Müəlliflər haqqında məlumat (adı, atasının adı, soyadı, dəqiq ünvanı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, elmi tədqiqat sahəsi, əlaqə üçün telefonları, e-maili və s).

Tərtibat qaydaları:

Format – A4; Kənar boşluqlar – 20 mm; Proqram – Microsoft Office Word; Şrift – Times New Roman, ölçüsü – 14, intervalı – 1,5.

Məqalələr azərbaycan, rus və ya ingilis dillərində yazılmalı, iki nüsxədə təqdim edilməlidir.

Məqalənin həcmi– 5 ... 8 səhifə, şəkillər və cədvəllər çox olduqda – 10 səhifəyə qədər.

Məqalənin tərtibi ardıcıllığı:

1. UOT indeksi (http://teacode.com/online/udc/)– birinci səhifənin yuxarı sol küncdə;

2. Məqalənin adı – mərkəzdə;

3. Müəlliflərin adı və soyadı – mərkəzdə;

4. Müəlliflərin iş yerinin tam ünvanı – mərkəzdə;

5.Əlaqə koordinatları – müəlliflərin e-mail ünvanları, telefonları və s.

6. Məqalənin xülasəsi – ən azı iki-üç cümlə, ən çoxu 100 söz. Xülasədə məqalənin qısa məzmunu, məsələnin qoyuluşu, alınmış nəticələr haqqında qısa məlumat verilməlidir.

7. Açar sözlər – məqalədə ən çox istifadə edilən 3 – 5 əsas termin göstərilməlidir.

8. Əsas mətn.

9. Ədəbiyyat siyahısı.

10. Məqalənin, müəlliflərin və onların işlədiyi təşkilatların adlarının, xülasə və açar sözlərin iki digər dildə tərcüməsi.

Məqalənin əsas mətni bölmələrə ayrılmalıdır.

Məs. “Giriş”, “Məsələnin qoyuluşu”, “Sınaq üsuları”, “Həlli metodikası”, “Sınaqların nəticələri və onların dəyərləndirilməsi”

Girişdə – məsələnin qoyuluşunun referativ şərhi, işin məqsədi və s.;

Əsas hissədə – məsələnin qoyuluşunun formalaşdırılması, tədqiqat və həlli üsulları, onların üstün cəhətləri və mövcud üsullardan fərqi, təklif olunan həll üsulunun və alınmış nəticələrin səmərəsini təsdiq edən misallar;

Sonda – alınmış nəticələrin qiymətləndirilməsi, əsas nəticələr və lazım gələrsə, təşəkkürlər verilməlidr.

Şəkillər.

Formatı – DOC, JPEG, TIFF və PDF (600 dpi). Ölçüsü – min. 5×5, max. 10×15. Yerləşdirmə - “Mətinlə eyni sətirdə”, mərkəzdə. Şəkillər aydın görünən xətt və rənglərlə verilməli, onun üzərindəki bütün simvollar aydın oxunmalıdır.

Cizgi, sxem, qrafik və alqoritmlər ESKD tələblərinə uyğun olmalıdır.

Cədvəllər mətndə yerləşdirilməli, nömrələnməli, hər cədvəlin adı yuxarı sağ küncündə göstərilməlidir.

DüsturlarEquation formatında ayrıca sətirdə yazılmalıdır. Mətnlə eyni sətirdə xüsusi simvolların yazılmasında Equation formatından istifadə etmək tövsiyə edilmir. Məqalədə yalnız istinad olunan düsturlar ardıcıllıqla, mötərizədə, sağa düzləndirilməklə nömrələnməlidir.

Məqalədə istifadə edilən işarələr ardıcıllıqla mətndə açıqlanmalıdır.

Ədəbiyyat məqalədəki istinad ardıcıllığı ilə verilməlidir. Məqalədə son 10 ildə çap edilmiş əsərlərə istinad etmək tövsiyə edilir.

Əlavə məlumat. Redaksiya məqalələrdə lazımı düzəliş və ixtisarlar etmək hüququna malikdir. Məqalənin məzmununa görə müəlliflər məsuliyyət daşıyır. Düzəlişlərdən sonra, əlyazmanın son variantının bütün müəlliflər tərəfindən imzalanaraq redaksiyaya verildiyi tarix, məqalənin daxil olma tarixi sayılır.

Məqalələr əlavə rəyə göndərilir, jurnalda yalnız müsbət rəy almış elmi əsərlər dərc edilir. Məqalə çap edilmədikdə redaksiya heyətinin qərarı barədə müəllifə məlumat verilir, amma əlyazma və disklər geri qaytarılmır.

Nümunə