Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Haqqımızda

HOME Jurnal haqqında Haqqımızda

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Jurnal Azərbaycan Respublikası Ali Atestasiya Komissiyasının təsdiq etdiyi elmi dərəcə iddiaçılarının əsərlərinin çap edildiyi dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.11.2011-ci il tarixli 1861 saylı əsasında təsis edilmişdir. Qeydiyyat No 3521. İldə dörd nömrə nəşr edilir.

2001-ci ildən nəşr edilir. 2001 – 2011-ci illərdə “Mexanika-maşınqayırma” adı ilə çap edilmişdir.

“Maşınşünaslıq” Beynəlxalq elmi jurnalı

Azərbaycan Respublikası Təhsil Nazirinin 12.02.2001 tarixli, 131 No-li əmri ilə “Mexanika-maşınqayırma” Beynəlxalq elmi jurnal təsis olunmuş, 17.04.2009 tarixli 445 No-li əmrlə onun fəaliyyətinin təkmilləşdirmək məqsədilə redaksiya heyətində qismən dəyişiklik edilmişdir. 2012-ci ilə qədər bu jurnal ildə dörd dəfə nəşr olunmuşdur.

Azərbaycan Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi “Mexanika-maşınqayırma” jurnalını “The İnstitution od Engineering and Technology” təşkilatının Ekspert Şurasından keçirərək İNSPEC indeksləşmə bazasına daxil etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 25.11.2011-ci il tarixli 1861 saylı əmri ilə “Mexanika-maşınqayırma” jurnalının fəaliyyəti dayandırılaraq, onun bazasında “Maşınşünaslıq” beynəlxalq elmi jurnalı təsis edilmiş və o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 12.01.2012-ci il tarixində 3521 nömrə ilə qeydiyyata alınmışdır.

Redaksiyanın ünvanı: Bakı, AZ1073, H.Cavid pr., 25. AzTU.

Tel:(+994 12) 539 12 25;

Web-səhifə: www.aztu.edu.az;

E-mail: mir_huseyn@aztu.edu.az