Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

“Maşınqayırma texnologiyası” kafedrası 1932-ci ildə, "Metalların soyuq emalı" adı ilə Azərbaycan Sənaye İnstitutunda yaradılmışdır. 1942-ci ildən kafedra "Maşınqayırma texnologiyası" adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun tikinti, dəmir yolu nəqliyyatı və mexanika fakultələrinin əsasında Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) yaradılmış və mexanika fakultəsində “Maşınqayrma texnologiyası” kafedrası fəaliyyətini davam etdirmişdir. 1951-ci ildə kafedranın 20 nəfərdən ibarət ilk buraxılışı olmuşdur.

Kafedranın mühəndis kadrlarının hazırlanması imkanlarının artması və ixtisaslaşmaya tələblərin yüksəlməsi ilə əlaqədar olaraq, hazırda fəaliyyət göstərən “Metalkəsən dəzgahlar və alətlər” (1970), “Texnoloji komplekslər və xüsusi texnika”(1982), “Metrologiya və standartlaşdırma” (1986) kafedraları “Maşınqayırma texnologiyası” kafedrası əsasında yaradılmışdır.

1951-ci ildən 1996-cı ilə qədər AzTU- da “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə 15527 mühəndis hazırlanmışdır. 1992-ci ildən etibarən kafedra “Maşınqayrma və material emalı” istiqaməti üzrə bakalavr və 1998-ci ildən isə magistr hazırlığına başlamışdır.

Kafedra aşağıdakı ixtisas proqramları üzrə bakalavr və magistr hazırlayır:

050610-enerji maşınqayırma mühəndisliyi;

050612-maşın mühəndisliyi; 

XTB 050101 – Silah və silah sistemlərinin istehsalı texnologiyası

050625 - Texnoloji maşınlar mühəndisliyi

«Metalkəsən dəzgahlar və alətlər» kafedrası 03.11.2015-ci ildən Elmi Şuranın qərarı ilə ləğv edilmişdir. «Metalkəsən dəzgahlar və alətlər» kafedrasının ləğv edilməsi ilə əlaqədar kafedranın əməkdaşları və maddi-texniki bazası “Maşınqayırma texnologiyası” kafedrasına birləşdirilmişdir.


Fotoqalereya