Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

«Iqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı» kafedrası Azərbaycan Texniki Universitetinin rektorunun 04 iyul 2013-cü il 76-müx tarixli əmri ilə mövcud «İqtisadi nəzəriyyə və İqtisadiyyatın dövlət tənzimlənməsi» və “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedralarının birləşməsi əsasında yaranmışdır. Kafedra ümumuniversitet kafedrası olaraq bütün fakültələrdə və ixtisaslarda tədris prosesində iştirak edir. Hazırda kafedranın əməkdaşları bakalavr pilləsində 25 fənn, magistr pilləsində isə 15 fənni tədris edir. Kafedrada tədris edilən fənnlər mühəndis biliyi ilə səmərəli əlaqələndirilir, mühəndis və iqtisadçı-mühəndis kadrlarının hazırlanmasında nəzəri və praktiki əhəmiyyətli iqtisadi bilikləri formalaşdırmağı diqqət mərkəzində saxlayır.

Kafedra yüksək ixtisaslaşmış professor-müəllim heyətinə malikdir. Kafedrada 14 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 2 i.e.d., professor, 5 i.e.n., dosent, 1 i.ü.f.d., baş müəllim, 1 i.ü.f.d., müəllim, 3 baş müəllim, 3 assistentdir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (rabitə sahəsi üzrə)»

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat sahəsi üzrə)»


Kafedrada aşağıdakı ixtisaslar üzrə magistr hazırlığı həyata keçirilir:

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (rabitə sahəsi üzrə)»

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat sahəsi üzrə)»


Kafedra əməkdaşlarının fəxri adları və vəzifələri

Quliyev R.A. – Kafedra müdiri, professor, iqtisad elmləri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Millət vəkilidir.

Cümşüdov S.Q. – Professor, iqtisad elmləri doktoru, AzTU-nun 60 illik yubileyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi medalı”ilə təltif edilmişdir.

Əbdürəhmanova S.Ə. – müdir müavini, dosent, iqtisad elmləri namizədi, YAP Qadınlar Şurasının büro üzvü, AzTU Qadınlar Şurasının sədr müavini, AzTU-nun “Magistratura” şöbəsinin müdiridir.

Kafedra elmi-pedaqoji kadrların hazırlanmasına diqqət verir. Hazırda kafedranın 5 dissertantı vardır.

Xəbərlər

  • No Article

Fotoqalereya