Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

Kafedranın təqdimatı

Kafedra 1978-ci ildə “Avtomobillər” kafedrasının bazasında yaradılıb. Kafedrada “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” və “Nəqliyyatda daşımaların və idarəetmənini təşkili mühəndisliyi” ixtisasları üzrə bakalavr hazırlanır. Magistr səviyyəsində “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə “Yol hərəkətinin təşkili və təhlükəsizliyi” və “Nəqliyyatda daşımaların və idarəetmənini təşkili mühəndisliyi” ixtisası üzrə “Nəqliyyatda daşımalar və menecment” və “Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” ixtisaslaşmaları üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır.

“Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrası Azərbaycan Respublikasında “Avtomobil nəqliyyatında daşımaların və idarəetmənin təşkili” və ”Yol hərəkətinin təşkili” ixtisasları üzrə baza müəssisəsi hesab olunur.

Tədris işi

Tədris prosesi kafedrada hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyitərəfindən təsdiq olunan tədris planı əsasında həyata keçirilir. Kafedranın ixtisaslarının bütün fənnlər üzrə dərslikləri, dərs vəsaitləri, laboratoriya kurs işləri və kurs layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişləri vardır. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir.

Elmi tədqiqatların əsas istiqamətləri

Elmi tədqiqatlar Azərbaycan Respublikasında avtomobil daşımalarının və yolhərəkətinin təkmilləşdirilməsi istiqamətində aparılır. Alınmış nəticələr Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkili və idarə edilməsində, marşrutların tərtibi və hərəkət tərkibinin seçilməsində, yol hərəkətinin təşkilində istifadə olunur. Xüsusilə də aparılan elmi-tədqiqat işlərinin nəticələri perspektiv üçün Bakı şəhərinin kompleks nəqliyyat şəbəkəsinin layihələndirilməsində istifadə olunub.

Beynəlxalq əlaqələr

Kafedra Moskva Avtomobil Yolları İnstitutu (TU), Volqoqrad Dövlət Texniki Universiteti, Krasnoyarsk Texniki Universiteti, Daşkənd Avtomobil Yolları İnstitutunun (TU) eyni adlı kafedraları ilə əməkdaşlıq edir.

Fotoqalereya