Close Log-in

Log In

Azerbaijan Technical University

CRENG SO

HOME About CRENG SO

CRENG Servis ofisinin əsas strateji məqsədi layihə başa çatdıqdan sonra nəticələrinin inkişafı üçün şərait yaratmaqdır. CRENG Xidmət Ofisi həm də məzunlar üçün yeni kursların planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarətdən cavabdeh olacaqdır.

Fəaliyyət planı aşağıdakı kimidir:

  1. Təlim kurslarında ehtiyacın müəyyənləşdirilməsi: bunun üçün hədəf təşkilatların siyahısı kiçik biznes, geniş regional müəssisələr, yerli nəqliyyat idarələri və s. arasında müəyyənləşdirilməli; təlim kursları əsasən, regional aspektlərə yönəldilməli və təlim mövzularını müəyyənləşdirmək üçün sorğular keçirilməlidir.
  2. Üç günlük təlim kurslarının təşkili;
  3. Maraqlı tərəflərin cəlb edilməsi və universitet və maraqlı tərəf arasında müqavilələrin imzalanması;
  4. Universitetin akademik heyəti tərəfindən layihə çərçivəsində yaradılacaq tədris mühitindən istifadə etməklə yeni kursları keçirmək; Hər bir dinləyiciyə rəsmi sertifikatı təqdim olunacaq.
  5. CRENG Laboratoriyasında yeni modullar, WEB əsaslı platformada və MOODLE-da tədris materiallarını yerləşdirmək;
  6. Kurslar keçirildikdən sonra kurs iştirakçıları arasında dəyərləndirmə sorğusu keçirmək;
  7. CRENG sahəsində ehtiyacların marketinqi və müxtəlif hədəf qrupları üçün müvafiq xidmətlər həyata keçirmək;
  8. Universitetin mövcud təlim proqramını analiz etmək, köhnəlmiş tədris proqramını dəyişdirmək və yeniləmək;
  9. Sənaye müəssisələrinin, nəqliyyat və logistika şirkətlərinin peşəkar kadrların təlim ehtiyaclarını öyrənmək;
  10. Maraqlı təşkilatların və sponsorların axtarışını etmək;
  11. Konsorsium daxilində və xaricində AB və Azərbaycan universitetləri arasında əlaqələr təmin etmək;

CRENG SO yenilikçi texnologiya inkişaf etdirmə müəssisələri, biznes inkubatorları, texnoparklar və ya bölmələr üçün yeni və mövcud tələbə startaplarının ayrılmaz hissəsi hesab edilə bilər.

CRENG SO-nun əsas vəzifələrindən biri də CRENG ilə bağlı təqdimat seminarlarının keçirilməsidir. CRENG SO layihə fənləri daxilində yaradılan materialların inkişafına əsaslanan xidmətlər təqdim edə bilər, məs. CRENG mövzusunda seminarlar; müvafiq sahələrdə maraqlı şəxslərin / şirkətlərin tələbi ilə mühəndis xidmətləri və s.