profile

Haqqımızda


Ayaz Hidayət oğlu Abdullayev maşınşünaslıq  elmi istiqaməti üzrə tanınmış alim, texniki elmlər doktoru, professor, 250-dən artıq elmi əsərin, o cümlədən 20-yə qədər monoqrafıya, dərslik və tədris-metodiki vəsaitin müəllifidir. Xarici ölkələrdə (Yuqoslaviya, İtaliya, Finlandiya, Türkiyə, Almaniya, Rusiya) 100-dən çox elmi əsəri çap edilmişdir. A.H .Abdullayev 1998-ci ildə İstanbulda nəşr edilmiş rus-azərbaycan-ingilis-türk dillərində "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" lüğətinin müəlliflərindən biridir.

Professor Ayaz Abdullayev maşın və mexanizmlərin sistemli-ehtimal hesabı və avtomatlaşdırılmış layihələndirilməsi sahəsində elmi məktəb yaratmış, 21 elmlər namizədi və 3 elmlər doktoru hazırlamışdır. O, “Maşınçünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru, Maşınqayıranlar Elmi-Texniki Cəmiyyətin Beynəlxalq Federasiya Şurasının üzvü, Maşın və Mexanizmlər Nəzəriyyəsi üzrə Beynəlxalq Federasiyanın (İFToMM) respublika bölməsinin və Azərbaycan Texniki Universitetinin nəzdindəki İxtisaslaşdırılməş Dissertasiya şurasının sədr müavinidir.

Ayaz Hidayət oğlu Abdullayev 1940-cı il iyunun 2-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisasını  bitirdikdən sonra Bakı Su Kəmərləri İdarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda (VNİPTNeftemaş)  elmi işçi vəzifələrində işləmişdir. 1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda (indiki Texnİki Universitet) assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışmış, 1976-cı ildən isə "Maşın detalları və yükqaldıran nəqledici maşınlar" kafedrasının müdiridir.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-cı ildə isə Xarkov Politexnik İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyalarını müdafıə etmişdir.A.H.Abdullayevə 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərari ilə professor elmi adı verilmisdir.A.H.Abdullayev Azərbaycan Respublikasında “Masınsünaslıq və masın his-sələri” istiqaməti üzrə ilk elmlər doktorudur.

Onun apardığı tədqiqatlar maşın, mexanizm, qurğu və aqreqatların möhkəmliyinin hesablanmasını, layihələndirmə və konstruksiyaetmənin  nəzəri əsaslarını, onların etibarlığının və texniki səviyyəsininin qiymətləndirilməsini, mayeli  sürtünmə rejimində konstruktiv elementlərin təmas səthlərinin yeyilməsinin qanunauyğunluqlarının öyrənilməsini, istehsalın texniki şərtlərini təmin eden masın və aqreqatların konstruktiv elementləri ucun  daha səmərəli materialların, onların ölçülərinin, formalarının seçilməsi metodlarını, sənaye ekologiyasının tələblərinə uyğun enerjiyə qənaət edən mexaniki sistemlərin müasir növlərinin yaradılmasını, təkmilləşdirilməsini və s. əhatə edir.

Ayaz Abdullayevin bir sıra nəzəri və eksperimental tədqiqatlarının nəticələri  neft  cıxarma sənayesində genis istifadə olunan masın və aqreqatların layihələndirmə metodologiyası AZNEFTMAŞ İstehsalat Birliyində, İnşaat və Yol Maşınları Nazirliyinin müəssisələrində,* Bakı fəhləsi*masınqayırma zavodunda, həmçinin "Başneft", "Tatneft", "Nijnovartovskneftqaz" İstehsalat Birliklərində tətbiq edilmişdir.

Professor Ayaz Abdullayevin maşın və mexanizmlərin sistemli ehtimal hesablanması və avtomatlaşdırılmış layihələndirilməsi sahəsində yaratdığı elmi məktəbin yetişdirmələri hazırda bir sıra elmi-tədqiqat institutlarında və texniki universitetlərdə fəaliyyət göstərirlər. 1991-ci ildə A.H.Abdullayev Azərbaycan Milli Yaradıcılıq Akademiyasının profssoru secilmisdir.

A.H.Abdullayev 1968, 1977, 1988-ci illərdə N.Bauman adına Moskva Ali Texniki məktəbində, 1979 və 1984-cü illərdə Kiyev Politexnik İnstitutunda, 1989-cu ildə Odessa Politexnik İnstitutunda kafedra müdirlərinin xüsusi seminarlarında iştirak etmiş, Polşa (Varşava, 1974), Çin (Uxan, 1990), Almaniya (Karlsrue, 1999, 2002) Texniki Universitetlərində uzun müddətli elmi ezamiyyətdə olmuşdur.

Professor Ayaz Abdullayev bir sıra beynəlxalq simpozium və konfranslarda, o cümlədən Türkiyədə (1994,1996, 1998, 2003), İtaliyada (1995), Finlandiyada (1999), Rusiyada (2003) və İsvecdə (2013) elmi məruzələrlə çıxış edərək, Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.

Professor Ayaz Abdullayevin elmi fəaliyyəti İngiltərə Beynəlxalq Bioqrafik Mərkəzinin məcmuəsində təqdim olunmuşdur. A.H.Abdullayevin elmi və pedoqoji fəaliyyəti 1999-cu və 2000-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə qiymətləndirilmişdir.

  A.H. Abdullayevə 2011-ci ildə Azərbaycan Respublikiasının Prezidentinin 1826 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxrı adı verilmişdir.

2012-ci ildə A.H.Abdullayev Avropa Nəsr Mətbu Evinin “Ən Yaxşı Vətənpərvər Tədqiqatcı Alim” qızıl medalı ilə təltif edilmişdir. 2013-cü ildə A.H.Abdullayevin  “Üçpilləli ikiaxınlı silindrik dişli çarx reduktoru” adlı AVRASİYA patenti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtiracılıq sahəsində Birinci Respublika Müsabiqəsində İkinci Dərəcəli Diploma layiq görülmüsdür.